Türkiyə Superliqası: "Trabzonspor" qalib, "Qalatasaray" məğlubdur
Tarix: 22-12-2021 08:36 | Bölmə: İdman
Türkiyə Superliqası: "Trabzonspor" qalib, "Qalatasaray" məğlubdur

Türkiyə Superliqasında 18-ci tura start verilib.

Reyting.az
xəbər verir ki, ilk oyun günündə dörd matç keçirilib.

“Antalyaspor” – “Kasımpaşa” görüşündə qalib müəyyənləşməyib - 1:1. “Başakşəhər” “Girəsunspor”a 3:1, lider “Trabzonspor” “Altay”a 2:1 hesabı ilə qalib gəlib. “Qalatasaray” isə səfərdə “Adana Dəmirspor”a məğlub olub - 0:2.

Qeyd edək ki, turnir cədvəlinə 45 xalla "Trabzonspor" başçılıq edir. "Konyaspor" 33 xalla 2-ci, "Başakşəhər" 32 xalla 3-cüdür.

21 dekabr

"Antalyaspor" – "Kasımpaşa" - 1:1
Qol: Naldo, 38 – U.Bozok, 90+2.

"Başakşəhər" – "Girəsunspor" - 3:1

Qol: D.Türüç, 17. Kaysara, 69. Vişça, 78 – Diarra, 28.

"Adana Dəmirspor" – "Qalatasaray" - 2:0

Qol: Y.Akgün, 53; 58.

"Altay – "Trabzonspor" - 1:2
Qol: C.Karayel, 33 – Kornelius, 51; 88.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}