Türkiyə liqasında dava: klub rəhbəri oyundan sonra hakimi döymək istəyib - Video
Tarix: 23-12-2021 21:53 | Bölmə: İdman
Türkiyə liqasında dava: klub rəhbəri oyundan sonra hakimi döymək istəyib

Türkiyə Superliqasında bu gün baş tutan "Yeni Malayaspor" - "Kayserispor" oyunun final fitindən sonra "Yeni Malatyaspor"un prezidenti Adil Gevrek meydançaya daxil olaraq hakimləri döymək istəyib.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, klub prezidenti oyunun baş hakimi Hüseyn Göçekə hücum edərək, onu vurmaq istəyib. Lakin komandanın oyunçuları və polislər meydana daxil olaraq klub prezidentinə mane olaraq, hakimi qorumaya alıblar.

Təxminən 20 dəqiqə sonra hakimlər müydandan çıxarılıb.

Xatırladaq ki, "Yeni Malatyaspor" evində qonaq etdiyi "Kayserispor"la son dəqiqədə vurulan qolla 2-2 bərabərə qalıb. Yerli komandanın rəhbərliyi son qola görə hakimi günahlandırırlar.





Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər