"Fənərbağça"nın sabiq prezidenti barədə hökm qüvvədə saxlanılıb
Tarix: 27-12-2021 15:52 | Bölmə: İdman
"Fənərbağça"nın sabiq prezidenti barədə hökm qüvvədə saxlanılıb

Türkiyə Ali Məhkəməsi danışılmış oyunlarda ittiham olunan "Fənərbağça"nın sabiq prezidenti Aziz Yıldırımla bağlı bəraət hökmünü qüvvədə saxlayıb.

Bu barədə İstanbul təmsilçisinin keçmiş idarəçilərindən Şekip Mosturoğlu tviter hesabında bildirib.

Onun sözlərinə görə, İstanbul 13-cü Ağır Cəza Məhkəməsi Aziz Yıldırıma, həmçinin İlhan Ekşioğlu və digər şəxslərə bəraət hökmü çıxarıb, Türkiyə Ali Məhkəməsi isə həmin hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, Aziz Yıldırım 2011-ci ildə danışılmış oyunlarda ittiham olunub/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər