"Barselona" bir neçə futbolçusu ilə vidalaşmaq istəyir
Tarix: 17-01-2022 13:51 | Bölmə: İdman
"Barselona" bir neçə futbolçusu ilə vidalaşmaq istəyir

İspaniyanın "Barselona" klubu qış transfer dönəmində bir neçə futbolçusu ilə vidalaşmaq niyyətindədir.

"Diario Sport" xəbər verir ki, Kataloniya təmsilçisinin əsas məqsədi müdafiəçi Samuel Yumtitini icarəyə verməkdir.

Klub oyunçulara ödənilən maaşı azaltmaq üçün 29 yaşlı futbolçunu mövsümün sonunadək başqa komandaya göndərməyi planlaşdırır.

Sözləşmə müddəti 2026-cı ilin yayınadək artırılan müdafiəçinin maaşı azaldığı üçün başqa kluba keçmə ehtimalı artıb. Bundan əlavə, "Barselona" Serjinyo Dest, Luk de Yonq və Memfis Depayı da sata bilər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}