"Sivaspor" Mahir Emrelini transfer etmək istəyir
Tarix: 18-01-2022 19:40 | Bölmə: İdman
"Sivaspor" Mahir Emrelini transfer etmək istəyir

Türkiyənin "Sivaspor" klubu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelini transfer etmək istəyir.

Bu barədə türkiyəli idman jurnalisti Ertan Süzgün özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Sivas klubu 25 yaşlı hücumçu ilə bağlı Varşava təmsilçisinə təklif göndərib: "Sivasspor" bu transferi başa çatdırmağa çalşır"/Report.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}