“Yuventus”la “Latsio” 1/4 finaldadır
Tarix: 19-01-2022 09:41 | Bölmə: İdman
“Yuventus”la “Latsio” 1/4 finaldadır

Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Reyting.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Latsio” və “Udineze” komandaları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Paytaxt təmsilçisi əlavə vaxtda vurduğu yeganə qol sayəsində qələbəyə sevinən tərəf olub.

“Yuventus” isə “Sampdoriya” ilə münasibətlərinə aydınlıq gətirib. Turinlilər doğma meydanda darmadağına seviniblər.

Daha öncə “Atalanta”, “Fiorentina” və “Milan” 1/4 finala vəsiqəni təmin etmişdi.

İtaliya kuboku
1/8 final
12 yanvar


Atalanta – Venetsiya 2:0
Qol: Muriel, 12. Mehle, 88.

13 yanvar

Napoli – Fiorentina 2:5
Qol: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.

Milan – Cenoa 3:1
Qol: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.

18 yanvar

Latsio – Udineze 1:0
Qol: İmmobile, 106.

Yuventus – Sampdoriya 4:1
Qol: Kuadrado, 25. Ruqani, 52. Dibala, 67. Morata, 77 – Konti, 63.

19 yanvar

20:30. Sassuolo – Kalyari
00:00. İnter – Empoli


20 yanvar

00:00. Roma – Leççe.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}