17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Milli komandamız beynəlxalq turnirə hazırlaşır
Tarix: 20-01-2022 17:00 | Bölmə: İdman
Milli komandamız beynəlxalq turnirə hazırlaşır

Azərbaycan U-17 yığması beynəlxalq turnirdə mübarizə aparacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyası məlumat yayıb. Bildirilir ki, millimiz də daxil olmaqla, fevralda bu ölkədə 10 komandanın iştirakı ilə gənclər arasında 18-ci beynəlxalq turnir təşkil olunacaq.

Fevralın 6-13-ü aralığında keçiriləcək yarışda yığmamızla yanaşı, İsrail, Qazaxıstan, Moldova, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, həmçinin Belarusun U-17 və U-16 komandaları çıxış edəcək.

Yığmamızın oyunlarının təqvimi də artıq məlumdur. Komandamız turnirdə 5 oyun keçirəcək. İlk dörd matçın ardından fevralın 13-də müvafiq olaraq 9-cu, 7-ci, 5-ci, 3-cü yer uğrunda və final oyunu keçiriləcək.

6 fevral
11:00. Qırğızıstan – Azərbaycan

7 fevral
19:00. Azərbaycan – Belarus (U-17)

9 fevral
12:00. Qazaxıstan – Azərbaycan

10 fevral
19:00. Azərbaycan – Tacikistan.

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}