07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Hacı Əliyevlə Mariya Stadnik növbəti dəfə İslamiadanın qalibi olublar
Tarix: 10-08-2022 22:24 | Bölmə: İdman
Hacı Əliyevlə Mariya Stadnik növbəti dəfə İslamiadanın qalibi olublar

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Reyting.az
xəbər verir ki, 65 kq-da yer alan idmançı həlledici qarşılaşmada Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.

Rəqibini vaxtından əvvəl "tuşe" ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə islamiadanın qalibi olub.

O, daha əvvəl 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib çıxmışdı.

Onu da qeyd edək ki, bu gün qadın güləşçi Mariya Stadnik də final görüşünə çıxıb.

O, 50 kq çəki dərəcəsində özbəkistanlı Jasmina İmmayevanı 10:0 hesabı ilə mğlub edərək, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}