Avroliqada III təsnifat mərhələsi yekunlaşıb
Tarix: 12-08-2022 09:29 | Bölmə: İdman
Avroliqada III təsnifat mərhələsi yekunlaşıb

Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Reyting.az xəbər verir ki, sonuncu oyun günündə daha 6 cavab görüşü keçirilib.

Türkiyə “Fənərbaxça”sı Çexiyada “Slovaçko”nun qonağı olub. İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edən Türkiyə təmsilçisi səfərdə heç-heçə etməklə növbəti mərhələyə yüksəlib.

“Fənərbaxça” ilə yanaşı, HJK (Finlandiya), “Sürix” (İsveçrə), “Malmö” (İsveç), “Olimpiakos” (Yunanıstan) və AEK (Larnaka, Kipr) də pley-offa yüksəlib.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
9 avqust

Şkupi (Şimali Makedoniya) – Şemrok Rovers (İrlandiya) 1:2
İlk oyun – 1:3

11 avqust

HJK (Finlandiya) – Maribor (Sloveniya) 1:0
İlk oyun – 2:0

Slovaçko (Çexiya) – Fənərbaxça (Türkiyə) 1:1
İlk oyun – 0:3

Sürix (İsveçrə) – Linfild (Şimali İrlandiya) 3:0
İlk oyun – 2:0

Düdelanj (Lüksemburq) – Malmö (İsveç) 2:2
İlk oyun – 0:3

Slovan (Bratislava, Slovakiya) – Olimpiakos (Yunanıstan) 2:2 (penaltilər 3:4)
İlk oyun – 1:1

Partizan (Serbiya) – AEK (Larnaka, Kipr) 2:2
İlk oyun – 1:2.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}