Avropa çempionatı: Turan Əliyev 3 medal qazanıb
Tarix: 12-08-2022 16:20 | Bölmə: İdman
Avropa çempionatı: Turan Əliyev 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Turan Əliyev Polşanın Raşın şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 medal qazanıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Reyting.az-a verilən məlumata görə, yaşı 15-ə qədər olan atletlər arasında 61 kq-da çıxış edən idmançı birdən qaldırma hərəkətində 99 kq-ı ram edərək, ikinci yeri tutub. O, təkanla qaldırmada 120 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə bürünc medal əldə edib.

Əliyev toplam 219 kq (99 kq +120 kq) nəticə ilə yarışın yekun sıralamasında da bürünc medala sahib çıxıb.

Qeyd edək ki, avqustun 18-dək davam edəcək yarışda 36 ölkədən 331 (160 qız + 171 oğlan) atlet iştirak edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}