İslamiada: Elmar Qasımov gümüş medal qazanıb
Tarix: 16-08-2022 18:29 | Bölmə: İdman
İslamiada: Elmar Qasımov gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Reyting.az
xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmanşı yarımfinalda türkiyəli Mərt Şişmanlara qalib gəlib.

Qasımov qızıl medal uğrunda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevlə görüşəcək.

81 kq-dakı Zelim Tçkayev qırğızıstanlı Əsəd Masabirova qalib gələrək yarımfinala adlayıb.

100-dan yuxarı çəki dərəcəsindəki İmran Yusifov bürünc medal uğrunda görüşə çıxacaq.

1/4 finalda məğlub olan qadın cüdoçular - Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) isə təsəlliverici görüşdə mübarizə aparacaq.


***

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Reyting.az
xəbər verir ki, 100 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Müzaffarbek Turoboyevlə üz-üzə gəlib.

22 yaşlı rəqibinə ipponla uduzan Qasımov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Müzaffarbek Turoboyev ötən il Rusiyanın Kazan şəhərində təşkil edilmiş I MDB Oyunlarının qalibi olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}