17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Qarabağ"ın səfər oyununun biletləri 2 saata satılıb
Tarix: 16-08-2022 16:53 | Bölmə: İdman
"Qarabağ"ın səfər oyununun biletləri 2 saata satılıb

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletlərinin hamısı satılıb.

Məlumata görə, biletlər satışa çıxdıqdan iki saat sonra bitib.

Komandanın kapitanı qapıçı Lukaş Heyda bu xəbərdən məmnun qaldığını söyləyib. 32 yaşlı qolkiper evdə yenidən azarkeşlərin dəstəyinə arxalanacaqları üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, avqustun 23-də "Dusan Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matç iyulun 17-də Bakıda olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}