16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Zirə" daha iki futbolçunu heyətinə qatıb - Foto
Tarix: 16-08-2022 18:12 | Bölmə: İdman
"Zirə" daha iki futbolçunu heyətinə qatıb

"Zirə" heyətinə iki yeni futbolçu cəlb edib. Komandamız Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalayıb.

Reyting.az
kluba istinadla xəbər verir ki, 27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub.

Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib.

23 yaşlı Qomesin son klubu isə Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarında çıxış edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}