Avropa çempionatı:iki idmançımız qalib gəlib
Tarix: 17-08-2022 12:49 | Bölmə: İdman
Avropa çempionatı:iki idmançımız qalib gəlib

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyinin beşinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı çıxışını qələbə ilə başa vurub.

Reyting.a
z Aərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Bağır Əlimxanlı (46 kq) 1/8 final mərhələsi çərçivəsində Oskaras Pliauqa (Litva) ilə üz-üzə gəlib. O, 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Əlimxanlı 1/4 finalda ukraynalı İlya Starik ilə qüvvəsini sınayacaq.

Əli Məmişov (70 kq) isə Orestas Staponkus (Litva) üzərində qələbədən sonra Niko Qoreta (Xorvatiya) ilə qarşılaşıb. Azərbaycan boksçusu gərgin keçən döyüşü 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə aktivinə yazıb. Bu qələbə Məmişovu yarımfinala yüksəltməklə yanaşı, ən azı özü üçün bürünc medal qazanacağını da rəsmiləşdirib. O, finala vəsiqə uğrunda yunanıstanlı Nikoloas Bliatze ilə münasibətinə aydınlıq gətirəcək.

Onlardan fərqli, Raul Əsədullayev (50 kq) və Əmir Abasov (80 kq) yarışla vidalaşıb.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (44 kq) də Avropa birinciliyinin yarımfinalında iştirak hüququ qazanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}