"Neftçi" İtaliyada beynəlxalq Kubok oyununa qatılacaq
Tarix: 22-08-2022 17:52 | Bölmə: İdman
"Neftçi" İtaliyada beynəlxalq Kubok oyununa qatılacaq

"Neftçi"nin U-17 komandası İtaliyada beynəlxalq Skopinyo Kubokunda iştirak edəcək.

Reyting.az
xəbər verir ki, ənənəvi yarışa "ağ-qaralar"la yanaşı, Türkiyənin "Fənərbağça", İtaliyanın "İnter", "Roma", "Napoli", "Latsio", "Salernitana", "Ternana", "Lodiciani 1927", "Yunayted Napoli", "Pol Kantalis" və Braziliyanın "Fluminense" klublarının müvafiq yaş qruplarından ibarət komandaları da qatılacaqlar.

Turnirin dəqiq vaxtı avqustun 23-də açıqlanacaq.

"Neftçi"nin U-17 komandası sentyabrın əvvəlində İtaliyaya yola düşəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}