20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Qarabağ”ın oyunçusu: "Maksimum nəticəyə çalışacağıq"
Tarix: 24-08-2022 07:53 | Bölmə: İdman
“Qarabağ”ın oyunçusu: "Maksimum nəticəyə çalışacağıq"

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə keçirilən cavab oyunundan danışıb.

Reyting.az
-ın məlumatına görə, B. Mustafazadə “CBC Sport” telekanalına açıqlamasında deyib ki, oyuna yaxşı hazırlaşıb, yaxşı mübarizə aparsalar da, təəssüf ki, iki qol buraxıb və mərhələni adlaya biməyiblər: “Mərhələni adlamağı çox istəyirdik. Komanda şəklində hamımız vuruşduq, əlimizdən gələni etdik. Amma sonda məğlub olduq”.

B. Mustafazadə daha sonra əlavə edib:

“Avropa Liqasında da əlimizdən gəldiyi qədər maksimum nəticə qazanmağa, qalibiyyətlər əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, Bakıda rəqibi ilə qolsuz bərabərə qalan və Plzendə 1:2 hesabı ilə məğlub olan Azərbaycan çempionu mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər