"Beşiktaş" İngiltərə millisinin sabiq futbolçusunu heyətinə qatıb
Tarix: 24-08-2022 16:27 | Bölmə: İdman
"Beşiktaş" İngiltərə millisinin sabiq futbolçusunu heyətinə qatıb

Türkiyənin "Beşiktaş" klubu İngiltərə millisinin sabiq futbolçusu Dele Allinin keçidini yekunlaşdırıb.

"Fotomac" nəşri xəbər verir ki, İstanbul təmsilçisi "Everton"da çıxış edən 26 yaşlı yarımmüdafiəçini icarəyə götürüb.

Dele Alli mövsümün sonunadək "qara-qartallar"ın formasını geyinəcək.

Qeyd edək ki, Dele Alli ilin əvvəlində "Tottenhem"dən "Everton"a keçib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}