20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dünya çempionatı: Azərbaycan cüdoçusu gümüş medal qazanıb - Yenilənib
Tarix: 24-08-2022 19:57 | Bölmə: İdman
Dünya çempionatı: Azərbaycan cüdoçusu gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında finala yüksəlib.

Reyting.az
xəbər verir ki, 55 kq-da çıxış edən idmançı ilk görüşündə ermənistanlı Vahe Aqasyanı, ardınca Birləşmiş Ərəb Əmirliklərindən olan Ail Mehdini məğlub edib. Finala gedən yolda isə o, gürcüstanlı Saba Sabaşvilini mübarizədən kənarlaşdırıb.

Oruczadə həlledici qarşılaşmada Fransa təmsilçisi Zakariya Diyolla üz-üzə gələcək.

50 kq-da yer alan Məhəmməd Məmişov isə yarımfinaladək irəliləsə də, bu raundda macarıstanlı Sebastyen Kollarla bacarmayıb. O, bürünc medal görüşündə özbəkistanlı Anvarjon İbrohimovu sınağa çəkəcək.

***

Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Məlumata görə, 55 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada fransalı Zakariya Diyolla üz-üzə gəlib. Rəqibinə cərimə xalları ilə mğlub olan Oruczadə gümüş medalla kifayətlənib.

50 kq-da çıxış edən Məhəmməd Məmişov isə bürünc medal görüşündə ABŞ təmsilçisi David Leyvaya ipponla uduzaraq, 5-ci yeri tutub/Repot.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər