"Qarabağ"ın direktoru: "Baş məşqçi necə deyirsə, elə də olacaq"
Tarix: 24-08-2022 18:23 | Bölmə: İdman
"Qarabağ"ın direktoru: "Baş məşqçi necə deyirsə, elə də olacaq"

"Baş məşqçi necə deyirsə, elə də olacaq".

Bunu "Qarabağ"ın direktoru Əmrah Çəlikəl jurnalistlərə müsahibəsində deyib.

O, transferlər barədə danışarkən baş məşqçi Qurban Qurbanovun fikrinin önəmli olduğunu bildirib: "İndiyədək də belə olub. Bu, məsuliyyətdən qaçmaq yox, baş məşqçimizə olan inamımızı göstərmək üçündür. Klub rəhbərliyi sonunadək onun arxasındadır. Gücümüz birliyimizdədir. 9 il ardıcıl avrokubokların qrupunda yer almaqla Azərbaycanı şərəfli şəkildə təmsil edirik. Bu, bizim birliyə olan inam və etibarın nəticəsidir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}