14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
UEFA PSJ-ni böyük məbləğdə cərimələyəcək
Tarix: 24-08-2022 23:58 | Bölmə: İdman
UEFA PSJ-ni böyük məbləğdə cərimələyəcək

UEFA-nın maliyyə feyr-pley qaydalarını pozan klublara verəcəyi cəzalar məlum olub.

"La Repubblica" xəbər verir ki, ən ciddi sanksiya Fransanın PSJ komandasına tətbiq ediləcək. Paris təmsilçisi 10 milyon avro məbləğində cərimələnəcək.

İtaliyanın "Yuventus" və "Milan" klubları təqribən 2-3 milyon avro cərimə ödəyəcəklər. "İnter" və "Roma" isə UEFA ilə danışıqları davam etdirir. Bu kollektivlərlə bağlı qərarın yaxın 10 gün ərzində açıqlanacağı gözlənilir.

Avropa futbol qurumunun Milan və Roma təmsilçilərinə transfer məhdudiyyəti qoyacağı və onları cərimələyəcəyi istisna olunmur/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}