Milli komandaların reytinq siyahısı açıqlanıb
Tarix: 25-08-2022 13:25 | Bölmə: İdman
Milli komandaların reytinq siyahısı açıqlanıb

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Reyting.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyiməyib. Yığmamız 1127 xalla 128-ci sırada qərarlaşıb.

Komandamızın Millətlər Liqasındakı rəqiblərdən Slovakiya 1439 xalla 50-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 114-cüdür.

Siyahıya Braziliya millisi (1837) başçılıq edir. 1821 xalı olan Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pillədədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}