14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
AFFA İntizam Komitəsi futbol klublarını cərimələyib - Siyahı
Tarix: 26-08-2022 12:45 | Bölmə: İdman
AFFA İntizam Komitəsi futbol klublarını cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Reyting.az 
xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub.

13.08.2022-ci il tarixində Misli Premyer Liqasının II turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

13.08.2022-ci il tarixində Misli Premyer Liqasının II turunun “Səbail” – “Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

20.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

20.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Zirə” – “Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilir.

21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}