Futbolçu üçün 94 milyon avroluq təklif rədd edilib
Tarix: 27-08-2022 09:45 | Bölmə: İdman
Futbolçu üçün 94 milyon avroluq təklif rədd edilib

"Mançester Yunayted"in "Ayaks"ın futbolçusu Entoni üçün göndərdiyi 94 milyon avroluq təklif rədd edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

Niderland təmsilçisi 22 yaşlı yarımmüdafiəçini satmaq niyyətində deyil. Ona görə də klub əvvəllər olduğu kimi, "qırmızı şeytanlar"ın bu təklifini də rədd edib.

Entoni isə öz açıqlamasında "Ayaks"dan ayrılıb, "Mançester Yunayted"ə keçmək istədiyini bildirib:

"Bu gün klubla görüşdə ayrılmaq istədiyimi bildirdim. Ancaq bu dəfə masada daha möhkəm halda danışdıq. “Ayaks” imtina etdi və mənim yerimə əvəzedici tapmaq üçün cəmi 5 günlərinin olduğunu iddia etdilər".(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}