Baş redaktor yeni vəzifəyə təyin olunub
Tarix: 29-08-2022 14:47 | Bölmə: İdman
Baş redaktor yeni vəzifəyə təyin olunub

Peşəkar Futbol Liqasında (PFL) Texniki-İdman şöbəsi ləğv olunub.

Bu barədə qurum rəhbərliyi qərar qəbul edib.

Yeni yaradılan Texniki İdman Departamentinə Elgiz Abbasov direktor təyin olunub.

Qeyd edək ki, 2008-ci ildən futbol sahəsində çalışan E.Abbasov 2014-cü ildən PFL-də baş mütəxəssis, saytın redaktoru, baş redaktoru, Texniki-İdman Şöbəsinin rəisi vəzifələrində çalışıb və AFFA nümayəndəsi kimi Misli Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına təyinat alır.

Qeyd edək ki, yeni yaradılmış departament PFL bayrağı altında keçirilən bütün oyunlara nəzarət etməklə yanaşı, AFFA-nın müxtəlif komitələri ilə işbirliyinə, Avropa Liqaları və digər beynəlxalq futbol təşkilatları ilə işin təşkilinə, əsas yayımçı şirkət və dövlət qurumları ilə əlaqələrə və meydana çıx biləcək digər işlərin təşkilinə cavabdehlik daşıyacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}