Ronaldu "Çelsi"də oynayacaq?
Tarix: 29-08-2022 16:45 | Bölmə: İdman
Ronaldu "Çelsi"də oynayacaq?

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Çelsi"yə keçə bilər.

"The Independent" nəşri xəbər verir ki, 37 yaşlı hücumçunun agenti Xorxe Mendeş onu növbəti dəfə "zadəganlar"a təklif edib.

Mendeş artıq London təmsilçisi ilə əlaqə də saxlayıb. O, klubun mövqeyinin dəyişib-dəyişmədiyini öyrənməyə çalışır.

Qeyd edək ki, Ronalda daha əvvəl "Çelsi"yə təklif olunsa da, baş məşqçi Tomas Tuxel bundan imtina edib. Portuqaliyalı forvardın "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}