Skopinyo Kuboku: "Neftçi" İtaliyanın iki komandası ilə "döyüşəcək"
Tarix: 30-08-2022 12:46 | Bölmə: İdman
Skopinyo Kuboku: "Neftçi" İtaliyanın iki komandası ilə "döyüşəcək"

İtaliyanın Rieti şəhərində 17 yaşadək futbolçular arasında keçirilən Skopinyo Kubokunda qrup mərhələsinin püşkü atılıb.

Məlumata görə, Azərbaycanı beynəlxalq turnirdə təmsil edən "Neftçi"nin müvafiq yaş qrupundan ibarət komandası C qrupunda İtaliyanın "Roma" və "Lodiciani 1927" kollektivinə rəqib olub.

A qrupu: "Fluminense" (Braziliya), "Fənərbağça" (Türkiyə), "Pol Kantalis" (İtaliya)

B qrupu: "İnter", "Latsio", "Ternana" (hamısı İtaliya)

C qrupu: "Roma", "Lodiciani 1927" (hər ikisi İtaliya), "Neftçi" (Azərbaycan)

D qrupu: "Napoli", "Salernitana", "Napoli Yunayted" (hamısı İtaliya)

Qeyd edək ki, bu gün start götürəcək turnir sentyabrın 2-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}