“Beşiktaş"ın keçmiş baş məşqçisi "Qarabağ"ı və klubun akademiyasını ziyarət edib
Tarix: 30-08-2022 15:58 | Bölmə: İdman
“Beşiktaş"ın keçmiş baş məşqçisi "Qarabağ"ı və klubun akademiyasını ziyarət edib

Bakıda səfərdə olan türkiyəli mütəxəssis Önder Karaveli "Qarabağ"ı və klubun akademiyasını ziyarət edib.

Reyting.az
xəbər verir ki, klubun bazasına gələn 48 yaşlı mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanov ilə görüşüb və ona növbəti oyunlarda uğurlar arzulayıb.

Qurban Qurbanov ziyarətə görə Önder Karaveliyə təşəkkür edib.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" akademiyasında koordinator işləmiş Karaveli hazırda Türkiyənin “Beşiktaş” klubunda futbol inkişaf direktoru (Futbol gelişim direktörü) olaraq çalışır. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək İstanbul təmsilçisinin baş məşqçisi də olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}