Keçmiş spiker Tennis Federasiyasının rəhbərliyindən gedir
Tarix: 30-08-2022 18:05 | Bölmə: İdman
Keçmiş spiker Tennis Federasiyasının rəhbərliyindən gedir

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq.

Məlumata görə, avqustun 31-də keçiriləcək tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.

Toplantının ardından saat 11:30-da mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, ATF-nin hazırkı prezidenti Milli Məclisin sabiq sədri, hazırda 45 saylı Abşeron seçki dairəsinin deputatı Oqtay Əsədovdur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}