20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
UEFA Gənclər Liqası: "Qəbələ"nin potensial rəqiblərinin sayı azalıb
Tarix: 30-08-2022 17:40 | Bölmə: İdman
UEFA Gənclər Liqası: "Qəbələ"nin potensial rəqiblərinin sayı azalıb

"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının I mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

UEFA xəbər verir ki, "qırmızı-qaralar" ilk raundda 7 mümkün rəqibdən biri ilə üz-üzə gələcək.

Zaur Hacıyevin baş məşqçi olduğu komanda "Rux" (Ukrayna), "Hayduk" (Xorvatiya), MTK (Macarıstan), "Zaqlembe" (Polşa), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Yelqava" (Latviya) kollektivlərindən biri ilə üz-üzə gələcək/Report.

Qeyd edək ki, avqustun 31-də UEFA Gənclər Liqasında I və II mərhələnin püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. I mərhələnin ilk oyunları sentyabrın 14-də, cavab qarşılaşmaları oktyabrın 5-də, II mərhələnin ilk matçları oktyabrın 26-da, cavab görüşləri isə noyabrın 2-də keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər