Premyer Liqada 5-ci tur: kimlər qalibdir?
Tarix: 01-09-2022 07:25 | Bölmə: İdman
Premyer Liqada 5-ci tur: kimlər qalibdir?

İngiltərə Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

Reyting.az
xəbər verir ki, son çempion "Mançester Siti" evdə "Nottinqem"i darmadağın edib - 6:0. "Arsenal" öz meydanında "Aston Villa"nı məğlub edib - 2:1.

London derbisində "Vest Hem" və "Tottenhem" hərəyə bir xal qazanıb - 1:1. "Liverpul" isə "Nyukasl"la ev oyununda hesabda geridə olsa da, əzmkar qələbə qazanıb - 2:1.

31 avqust


"Arsenal" - "Aston Villa" - 2:1
Qollar: Q.Jezuş, 30, Martinelli, 77 - D.Luiz, 74

"Bornmut" - "Vulverhempton" - 0:0

"Mançester Siti" - "Notteinqem" - 6:0
Qollar: Haaland, 12, 23, 38, Kanselu, 50, Alvares, 65, 87

"Vest Hem" - "Tottenhem" - 1:1
Qollar: Souçek, 55 - Kehrer, 34-avtoqol

"Liverpul" - "Nyukasl" - 2:1

Qollar: Firmino, 61, F.Karvalyo, 90+8 - İsak, 38.

Turnir cədvəlinə 15 xalla "Arsenal" başçılıq edir. "Mançester Siti" 13 xalla 2-ci, "Tottenhem" 11 xalla 3-cü, "Brayton" 10 xalla 4-cü "Liverpul" 8 xalla 5-cidir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}