10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Millimiz Malta komandasına qalib gəlib
Tarix: 03-09-2022 09:01 | Bölmə: İdman
Millimiz Malta komandasına qalib gəlib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Reyting.az
xəbər verir ki, səfərdə Malta komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. Millinin qollarını 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova vurub. Bu qələbə ilə xalını 6-ya çatdıran millimiz turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Komandamız seçmə mərhələdə son oyununu sentyabrın 6-da, “Dalğa Arena”da Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib