Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək
Tarix: 04-09-2022 13:53 | Bölmə: İdman
Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək

2023-cü ildə atıcılıq üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Reyting.az
xəbər verir ki, Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) İcraiyyə Komitəsi bu barədə qərar qəbul edib.

Yarış Rusiyada keçirilməli idi. Lakin 30 iyun 2021-ci ildə İSSF Rusiyada keçirilməsi nəzərdə tutulan bütün turnirləri 2022-ci ildən 2023-cü ilə təxirə salmaq qərarına gəlib. Bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci ilin dekabrında çıxardığı hökm fonunda qəbul edilib. Məhkəmə Rusiya idmançılarının dünya çempionatlarında və Olimpiya oyunlarında öz ölkələrinin bayrağı altında çıxış etməsinə iki il müddətinə qadağa qoyub, Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etmək hüququnu itirib.

2022-ci il martın 7-də İSSF İcraiyyə Komitəsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakını növbəti xəbərdarlıq edilənədək dayandırıb. Rusiya, həmçinin 2022-ci ilin avqust və sentyabr aylarında stend atıcılığı üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququnu itirib.

Buna görə də turnirin 14-31 avqust 2023-cü il tarixlərində Azərbaycanda keçirilməsi planlaşdırılır.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}