UEFA Çempionlar Liqasında qrup mərhələsi başlayır
Tarix: 06-09-2022 07:42 | Bölmə: İdman
UEFA Çempionlar Liqasında qrup mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

Reyting.az
-ın məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

F qrupunda turnirin son qalibi İspaniya "Real Madrid"i Şotlandiyada "Seltik"lə qarşılaşacaq. G qrupunda İngiltərənin "Mançester Siti" komandası İspaniyada "Sevilya"nın qonağı olacaq.

Gecənin maraqla gözlənilən daha bir oyunu isə Fransada PSJ və İtaliya "Yuventus"u arasında baş tutacaq. H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr


E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

F qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)

G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

H qrupu

23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)

Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}