"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb
Tarix: 06-09-2022 17:04 | Bölmə: İdman
"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

"Qarabağ" "Frayburq"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu üçün Almaniyaya yollanıb.

Reyting.az
xəbər verir ki, komandanı aparan təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb. Zədəli Kevin Medina da kollektivlə birlikdə səfərə gedib.

"Köhlən atlar" təxminən 5 saatlıq uçuşun ardından İsveçrənin Bazel şəhərinə çatacaq. Komanda oradan 60 km uzaqlıqda yerləşən Fraybuq im Breisgau şəhərinə gedəcək.

Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}