Bu gün qrup mərhələsində "Qarabağ"ın ilk oyunudur
Tarix: 08-09-2022 07:45 | Bölmə: İdman
Bu gün qrup mərhələsində "Qarabağ"ın ilk oyunudur

Bu gün "Qarabağ" komandası UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

Reyting.az
-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada "Frayburq"un qonağı olacaq.

"Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. "Köhlən atlar"ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.

Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

UEFA Avropa Liqası
G qrupu

23:00. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. "Europa-Park" stadionu.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}