14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Zabit Səmədov karyerasını qələbə ilə başa vurub
Tarix: 11-09-2022 00:39 | Bölmə: İdman
Zabit Səmədov karyerasını qələbə ilə başa vurub

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

Məlumata görə, "Mauqli" ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub.

Bununla da Zabit Səmədov karyerasını bitirib.

O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: "Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm".

Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}