14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Qarabağ" "Sabah"a qalib gəlib
Tarix: 11-09-2022 22:34 | Bölmə: İdman
"Qarabağ" "Sabah"a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turunda bu gün "Qarabağ" "Sabah"ı qəbul edib.

Reyting.az
xəbər veirr ki, "Azersun Arena"da baş tutan qarşılaşma "Qarabağ"ın qələbəsiylə başa çatıb - 4:3b.

Görüşdə hesab 29-cu dəqiqədə açılıb. "Köhlən atlar"ın heyətində Musa Qurbanlı fərqlənib. 33-cü dəqiqədə Emmanuel Apeh bərabərlik qoluna imza atıb. 43-cü dəqiqədə "Sabah"ın müdafiəçisi Abdulaye Ba 2-ci sarı vərəqəni alaraq meydandan qovulub.

Onu da qeyd edək ki, 90+5-ci dəqiqədə "Sabah"ın baş məşqçisi Murad Musayev hakimə kəskin etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

Beləliklə, bu qələbə ilə "Qarabağ" xallarının sayını 15-ə yüksəldib. 13 xala malik "Sabah" isə 3-cü sıradadır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}