UEFA Avropa Liqası: "Nant" komandası bu gün Bakıya gəlir
Tarix: 13-09-2022 17:56 | Bölmə: İdman
UEFA Avropa Liqası: "Nant" komandası bu gün Bakıya gəlir

UEFA Avropa Liqasının G qrupunun II turunda "Qarabağ"ın qonağı olacaq Fransanın "Nant" komandasının Bakıya səfər proqramı bəlli olub.

Reyting.az
xəbər verir ki, Liqa 1 təmsilçisi bu gün saat 22:00-da Azərbaycan paytaxtında olacaq.

Sentyabrın 14-də komandanın baş məşqçisi Antuan Kambuarrenin oyun öncəsi mətbuat konfransı keçiriləcək. Ardınca isə media üçün ilk 15 dəqiqəsi açıq məşq prosesi baş tutacaq.

"Nant" qarşılaşmadan dərhal sonra Fransaya qayıdacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}