20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisinin çiyni çıxıb
Tarix: 14-09-2022 11:21 | Bölmə: İdman
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisinin çiyni çıxıb

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təsəlliverici görüşə çıxmayacaq.

Azərbaycan Güləş Federasiyasından Reyting.az-a verilən məlumata görə, 53 kq çəki dərəcəsində çıxış edən idmançı zədəsi ciddi olduğu üçün mübarizəni dayandırıb.

Qurbanovanın ötən gün Xulan Batxuyaqla (Monqolustan) 1/4 final görüşündə çiyni çıxıb. Daha sonra ona tibbi müdaxilə olunub. Güləşçi təsəlliverici qarşılaşmada Vineş Vineş (Hindistan) / Juldiz Eşimova (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gəlməli idi.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki qadın güləşçisi dünya çempionatında mübarizəyə başlayacaq. 65 kq-dakı Elis Manolova isə təsəlliverici görüşdə Aslı Demirlə (Türkiyə) görüşəcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər