"Nant"ın baş məşqçisi: "Qarabağ" ölkədəki vəziyyətə görə həvəslə oynayacaq"
Tarix: 14-09-2022 17:54 | Bölmə: İdman
"Nant"ın baş məşqçisi: "Qarabağ" ölkədəki vəziyyətə görə həvəslə oynayacaq"

"Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik".

Bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

"Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. ""Qarabağ"ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə həvəslə oynayacaqlar. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Biz Liqa 1 və Avropa Liqası arasında fərq qoymuruq"/Report.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}