Avropa çempionatı: üç idmançımız məğlub olub
Tarix: 15-09-2022 15:10 | Bölmə: İdman
Avropa çempionatı: üç idmançımız məğlub olub

Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb.

Məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Bahadır Beratı (Türkiyə) ipponla məğlub edib. Onun 1/4 final finaldakı rəqibi Anton Kleynos (Polşa) olacaq.

Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Piresə (Portuqaliya) qalib gəlsə də, növbəti görüşündə Tornike Maziaşviliyə (Gürcüstan) uduzub.

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva 1/8 finalda Sila Ersinə (Türkiyə), 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) yenilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}