14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Şəhriyar Məmmədyarov üçüncü yeri tutub
Tarix: 17-09-2022 10:02 | Bölmə: İdman
Şəhriyar Məmmədyarov üçüncü yeri tutub

Sent-Luisdəki (ABŞ) “Champions Showdown-2022” başa çatıb.

Reyting.az
xəbər verir ki, Uesli So, Leynier Dominqes, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı - ABŞ), Əlireza Firuzja (Fransa), Petr Svidler, Yan Nepomniaxçi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da iştirak etdiyi turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son 3 turun oyununu keçirib. O, 6 xal toplayaraq üçüncü yeri tutub.

Məmmədyarov - Dominqes 1:0

Svidler - Məmmədyarov 1:0

Məmmədyarov - Aronyan 0,5:0,5.

Firuzja 1-ci, Karuana isə 2-ci yerdədir (hərəyə 6,5 xal). Mükafat fondu 150 min ABŞ dolları olan yarışda qalib 37 500 dollar qazanacaq. Şəhriyar Məmmədyarov isə 17 500 ABŞ dolları əldə edib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}