20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
Tarix: 17-09-2022 18:30 | Bölmə: İdman
Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Məlumata görə, 90 kq çəki dərəcəsində yer alan Talıbov finalda ukraynalı İvan Kutenkova ipponla qalib gəlib.

Bu, Azərbaycanın qitə birinciliyində sayca 3-cü qızıl medalı, ümumilikdə isə 5-ci medalı olub. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb/Report.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Ruslan Nəsirli bürünc medal görüşündə italiyalı Yan Karletti ilə üz-üzə gələcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər