Millimizin Qırğızıstanla oyunu ləğv edilib
Tarix: 19-09-2022 18:15 | Bölmə: İdman
Millimizin Qırğızıstanla oyunu ləğv edilib

Bu gündən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Reyting.az
AFFA-ya istinadla xəbər verir ki, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda (BOS) Qırğızıstan seçməsinə qarşı keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.

Buna səbəb rəqib komandanın Azərbaycana səfər edə bilməməsidir.

Qeyd edək ki, U-21 sentyabrın 27-də BOS-da Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub