20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Qarabağ Futbol Klubu”nun təsisçisi dəyişib
Tarix: 23-09-2022 14:08 | Bölmə: İdman
“Qarabağ Futbol Klubu”nun təsisçisi dəyişib

“Qarabağ Futbol Klubu” MMC təsisçinin dəyişdiyini bəyan edib.

Reyting.az
xəbər verir ki, klub bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.

Elanda deyilir ki, oktyabrın 13-də, saat 15:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 94 ünvanında ("Azərsun Holdinq" MMC-yə məxsus ünvandır) “Qarabağ Futbol Klubu”nun iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda təsisçi dəyişikliyi ilə bağlı Klubun nizamnaməsinə dəyişikliklərin edilməsi - Nizamnaməsinin 6-cı redaksiyada təsdiq edilməsi, dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər müzakirə olunacaq.

Bununla belə, elanda Klubun yeni təsisçisi barədə məlumat verilməyib.(Report)

Xatırladaq ki, “Qarabağ Futbol Klubu” kommersiya qurumu ilə 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,616 milyon manatdır.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər