UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb
Tarix: 17-10-2022 18:41 | Bölmə: İdman
UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

UEFA Türkiyə Futbol Federasiyasını (TFF) cəzalandırıb.

Məlumata görə, buna "ay-ulduzlular"ın İstanbulda Lüksemburqa qarşı keçirdiyi Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda yerli azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub.

Nəticədə TFF 25 000 avro cərimələnib. Bundan başqa, yığmanın növbəti matçında stadiona məhdud sayda tamaşaçı buraxılacaq.

Qeyd edək ki, Türkiyə - Leksemburq görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb/Report.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub