Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb
Tarix: 18-10-2022 23:03 | Bölmə: İdman
Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun futbolçusu NQolo Kante bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Mlumata görə, bud nahiyyəsində zədəsi olan 31 yaşlı yarımmüdafiəçi əməliyyat olunub. Təcrübəli oyunçu təqribən 4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Daha əvvəl İngiltərə "Liverpul"ununun portuqaliyalı hücumçusu Dioqu Jotanın zədə səbəbindən mundialı buraxacağı dəqiqləşib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Fransa yığması Avstraliya, Danimarka və Tunis seçmələri ilə birlikdə H qrupunda mübarizə aparacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}