Azərbaycan güləşçisi dünya çempionu olub
Tarix: 19-10-2022 21:34 | Bölmə: İdman
Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

Reyting.az
xəbər verir ki, 72 kq-da çıxış edən idmançı finalda xorvatiyalı Pavel Puklavetsə hesabı 8:2 ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}