20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Şəhriyar Məmmədyarov finalda: polşalı oyunçu ilə qarşılaşma olacaq
Tarix: 20-10-2022 07:45 | Bölmə: İdman
Şəhriyar Məmmədyarov finalda: polşalı oyunçu ilə qarşılaşma olacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünə çıxıb.

37 yaşlı qrossmeyster bu raundda Rumıniyanı təmsil edən Riçard Rapportla üz-üzə gəlib. Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Məmmədyarov finala yüksəlib.

O, həlledici görüşdə digər yarımfinal matçında norveçli dünya çempionu Maqnus Karlsenə 3:1 hesabı ilə qalib gələn polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər