İspaniyada futbol çempionatı oktyabrın sonunda dayandırıla bilər
Tarix: 20-10-2022 16:15 | Bölmə: İdman
İspaniyada futbol çempionatı oktyabrın sonunda dayandırıla bilər

İspaniyada futbol çempionatı oktyabrın 28-dən dayandırıla bilər.

“La Saeta Rubia” nəşri xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas bildirib.

Onun sözlərinə görə, bu, hökumət tərəfindən tətbiq edilən və komandalara eyni vaxtda çempionatda və Superliqada iştiraka imkan verən yeni qanuna qarşı tətil aktıdır.

Qərar La Liqanın CVC investisiya fondu ilə müqaviləsini təhlükə altına qoyur. Belə ki, buna anlaşmaya görə də İspaniya komandaları 2 milyard avro qazanc əldə edə bilərlər.

Qeyd edək ki, oktyabrın 27-də La Liqanın növbədənkənar iclası planlaşdırılır. Toplantıda yarışın dayandırılmasının mümkünlüyü nəzərdən keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}